2023-cü ilin iki günündə Ukrayna Rusiya tərəfindən buraxılan 80-dən çox İran istehsalı kamikadze dronlarını vurub.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətind deyib.
O, yaxın gələcəkdə dronların sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib: “Rusiyanın “Şahid”lərlə uzunmüddətli hücum planlaşdırdığına dair məlumatımız var”.
O bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri son dərəcə yaxşı işləyir və Ukraynaya hər gün “uğur və nailiyyətlər” lazımdır: “Hər vurulan dron, hər vurulan raket, hər gün xalqımız üçün elektrik enerjisi və minimum sönmə qrafiki - bunlar məhz belə qələbələrdir. Bizim hərbçilərimizin cəbhədə irəlilədiyi hər addım, saxlanan hər mövqe - bunlar elə uğurlardır ki, hazırda strateji əhəmiyyət kəsb edir”.