Türkiyə, Rusiya və Suriya xarici işlər nazirlərinin görüşü yanvar ayının ikinci yarısında baş tutacaq.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Qeyd edək ki, 2022-ci il dekabrın 28-də Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada suriyalı və rusiyalı həmkarları ilə görüşüb.