Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV kanalına müsahibəsində deyib.
O qeyd edib ki, yanvarın 4-də liderlər Rusiya və Ukrayna arasında münaqişənin həllini müzakirə edəcəklər.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks"a açıqlamasında Putinin Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparacağını təsdiqləyib.