ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının üzvü Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeri vəzifəsinə seçkilərlə bağlı çağırış edib.
Xarici KİV xəbər verir ki, sabiq dövlət başçısı sosial media hesabında etdiyi paylaşımda hər kəsi respublikaçı Kevin Makkartini dəstəkləməyə çağırıb.
O, K.Makkartiyə inandığını vurğulayıb.
Qeyd edək ki, Respublikaçıların lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin üçüncü turunun nəticələrinə görə yenə də əksəriyyətin dəstəyini ala bilməyib. Makkartinin əsas rəqibi, demokratların namizədi Hakim Ceffris 212, respublikaçı liderin özü isə partiyasının aşağı palata üzərində nəzarətinə baxmayaraq, cəmi 202 səs toplayıb. Qələbə qazanmaq üçün 218 səs toplamaq lazımdır.
Eyni zamanda, üçüncü turun nəticələrinə görə, ikinci və birinci turda 19 nəfərə qarşı liderini dəstəkləməyən respublikaçıların sayı 20-yə yüksəlib. Onların hamısı başqa bir partiyanın üzvünü - Cim Cordanı dəstəkləyib.
Bu dəfə də seçkilər namizədlərdən biri kifayət qədər səs toplayana qədər davam edəcək. Nümayəndələr Palatasının iclası çərşənbə günü yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə saat 21:00-da) davam edəcək.(“Report”)