Cənubi Asiyada sülh və inkişaf Kəşmir münaqişəsinin həlli ilə bağlıdır.
Bunu Pakistanın Baş naziri Şahbaz Şərif “Twitter“də yazıb.
“Bu gün kəşmirlilərin öz müqəddəratını təyinetmə hüququ günüdür və mən dünya ictimaiyyətini bu məsələdə öz rolunu oynamağa çağırıram. Hindistan 2019-cu il 5 avqustda qəbul etdiyi qərarı ləğv etməlidir”, - o qeyd edib.
Xatırladaq ki, 2019-cu il avqustun 5-də Hindistan prezidenti Ram Natx Korind Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi haqqında hökumətin irəli sürdüyü və parlamentin qəbul etdiyi qərarı təsdiqləyib. Bununla da 1947-ci ildən bəri davam edən, eyni zamanda, Hindistanla Pakistan arasında bir neçə dəfə qanlı müharibələrə səbəb olan Kəşmir problemi daha da kəskinləşib.