Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefonla danışıb.
Türkiyə mətbuatı xəbər verir ki, iki ölkə lideri enerji başda olmaqla Türkiyə-Rusiya münasibətləri, Rusiya-Ukrayna müharibəsi və Suriya kimi regional məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyədə təbii qaz mərkəzinin yaradılması üçün infrastrukturu gücləndirdiklərini və bunun üçün yol xəritəsini ən qısa zamanda tamamlamağı, onun həyata keçirilməsi üçün konkret addımlar atmağı hədəflədiklərini bildirib.
Rusiya-Ukrayna müharibəsinə toxunan Ərdoğan sülh və danışıq çağırışlarının atəşkəs və ədalətli həlllə birtərəfli qaydada dəstəklənməli olduğunu söyləyib.