Azərbaycan, İran və Rusiya nümayəndələri gələn həftə Bakıda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tikintisi və Rəşt-Astara dəmir yolu layihəsini müzakirə edəcəklər.
Bu barədə İran mətbuatı məlumat yayıb.
Bundan əvvəl İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirmişdi ki, İran, Azərbaycan və Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə birgə investisiya qoymaq niyyətindədirlər. Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək görüşdə investisiyalar məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, "Şimal-Cənub" - İran vasitəsilə Baltikyanı ölkələrlə Hindistan arasında nəqliyyat əlaqələrini təmin etmək üçün nəzərdə tutulmuş uzunluğu 7,2 min kilometr olan beynəlxalq nəqliyyat dəhliz olacaq.
Daşınma məsafəsinin iki və ya daha çox dəfə azalması, konteynerlərin daşınması maya dəyərinin dənizlə daşınma ilə müqayisədə azalması - "Şimal-Cənub"un digər marşrutlarla müqayisədə əsas üstünlükləridir.(AzVision.az)