“Hazırda ərazisində 4 milyona yaxın suriyalı qaçqının yaşadığı Türkiyə qonşu ölkədən gələn yeni miqrant dalğasını qəbul edə bilməyəcək”.
Bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar deyib. Akar əlavə edib ki, rəsmi Ankara Suriya probleminin BMT Təhlükəsizlik Şurasının 22 54 saylı qətnaməsi əsasında nizamlanmasının tərəfdarıdır.
“Biz görüşdə (dekabrın 28-də Moskvada keçirilən Türkiyə, Suriya və Rusiya hərbi idarələrinin rəhbərlərinin görüşü - Red) demişdik ki, yeni qaçqın dalğasını qəbul edə bilməyəcəyik, qeyd etmişdik ki, biz suriyalı qardaşlarımızın öz torpaqlarında qalması üçün səylər göstəririk. Biz istəyirik ki, Suriya məsələsi mümkün qədər sülh yolu ilə həll olunsun”.(AzVision.az)