Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da KİV-in suallarını cavablandıracaq.
Senzor.az erməni mətbuatına istinadən bildirir ki, onlayn keçirilən əvvəlki mətbuat konfranslarından fərqli olaraq, budəfəki mətbuat konfransı jurnalistlərin suallarına üzbəüz cavablar formatında planlaşdırılıb.
Qeyd olunur ki, təxminən 40-50 erməni nəşrinin baş nazirə sual vermək imkanı olacaq.
Senzor.az