Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Marçin Vidranın rəhbərlik etdiyi Aİ-nin texniki qiymətləndirmə qrupunun üzvləri ilə görüşüb.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.
Bildirilib ki, tərəflər Ermənistan və Azərbaycan sərhədində Aİ-nin yeni mülki missiyasının yerləşdirilməsi məsələsini müzakirə ediblər.