"Bu, Ermənistanın baş nazirinin kifayət qədər yeni bəyanatıdır, düşünürəm ki, KTMT-dən olan həmkarlar əlaqə saxlayacaq, Ermənistanın mövqeyinin təfərrüatlarına aydınlıq gətirəcəklər".
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. "Hər halda, Ermənistan bizim çox yaxın müttəfiqimizdir, biz indi çox çətin olan məsələlərlə bağlı dialoqu davam etdirəcəyik", - Peskov vurğulayıb.
O bildirib ki, KTMT-nin Ermənistanda planlaşdırılan təlimləri başqa ölkələrin ərazisində də keçirilə bilər. Qeyd edək ki , Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib ki, hazırkı vəziyyətdə ölkədə KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin keçirilməsi məqsədəuyğun deyil.