Rusiya, İran və Türkiyə rəsmiləri fevralın 10-da Moskvada görüşəcəklər.
“Mehr” agentliyi xəbər verir ki, tərəflər taxılın dünyaya ədalətli paylanması və ərzaq böhranının qarşısının alınması yollarını müzakirə edəcəklər.
Görüşdə, həmçinin bank-maliyyə, logistika və gömrük sahəsində problemlər haqqında fikir mübadiləsi aparılacaq.
Tədbirdə iştirak edəcək rəsmilərin adları açıqlanmayıb.