Yanvarın 17-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.
Bu barədə TASS Rusiya XİN-dəki mənbəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, tərəflərin qarşılıqlı razılığı ilə danışıqlar daha sonrakı tarixdə baş tutacaq.