Astara sərhəd-keçid məntəqəsində İran yük maşınlarının sərhəddən keçməsində gecikmələr yaranıb, bu da sərhəddə uzun növbəyə səbəb olub.
APA-nın məlumatına görə, bunu İranın Avtomobil Nəqliyyatı Təşkilatının Tranzit İdarəsinin baş direktoru Cavad Hidayəti deyib.
Onun sözlərinə görə, problemə Azərbaycanda Yeni il tətili səbəb olub: "Problemin yaxın bir həftə ərzində aradan qaldırılacağı bildirilib”.
Qeyd edək ki, bəzi yük maşınları bir həftədir İran Astarasında sərhədi keçmək üçün növbə gözləyir.