Türkiyənin Qars əyalətində 8 ölkənin hərbçilərinin iştirakı ilə “Qış-2023” adlı hərbi təlim keçirilir.
Bu barədə Türkiyənin “Gazetakars” nəşri məlumat yayıb.
Bildirilib ki, təlimlər Türkiyə Silahlı Qüvvələrinin 14-cü motoatıcı briqadasının bazasında üçüncü ordu korpusunun komandanlığı altında keçirilir.
Xatırladaq ki, təlimdə Azərbaycan hərbçiləri də iştirak edirlər.
Təlim fevralın 2-dək davam edəcək.
Qeyd edək ki, Qars əyaləti Türkiyə-Ermənistan sərhədində yerləşir.(“Report”)