ABŞ administrasiyası Konqresdən Türkiyəyə F-16-ların satışına icazə istəyib

ABŞ administrasiyası Türkiyəyə F-16 qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı Konqresə sorğu göndərib.


Bunu Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi mətbuat brifinqində təsdiqləyib.


“Bunun Konqres tərəfindən nəzərdən keçirildiyini etiraf etməklə yanaşı, Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin işinin hazırkı vəziyyəti ilə bağlı danışmaqdan imtina edərdim”- deyə, o bildirib.


ABŞ-Türkiyə arasında mövcud olan ikitərəfli münasibətlərdən danışan Penatqon rəsmisi qeyd edib ki, Ankara Vaşinqtonun mühüm tərəfdaşı və müttəfiqidir:


“Və biz bu əlaqələri necə gücləndirə biləcəyimiz, hər iki tərəfin müdafiə ehtiyaclarının nəzərə alınmasını təmin etmək üçün Türkiyə liderləri ilə işləməyə davam edəcəyik”.


Qeyd edək ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi Pentaqonun strukturuna daxil olan ixtisaslaşmış hökumət departamentidir. O, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə, ABŞ Silahlı Qüvvələri ilə digər ştatlar arasında əlaqələrin inkişafına və Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımın göstərilməsinə cavabdehdir.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.