Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.
Tərəflər görüş zamanı Ermənistan-NATO əməkdaşlığını, eləcə də Cənubi Qafqazdakı prosesləri və Laçın-Xankəndi yolu ətrafındakı vəziyyəti müzakirə ediblər.
Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətdən narahatlığını ifadə edən NATO Baş katibinin xüsusi nümayəndəsi Xavyer Kolomina hərbi alyansın regionda sabitlik və sülhün bərqərar olmasında maraqlı olduğunu və bu istiqamətdə beynəlxalq tərəfdaşların səylərini dəstəklədiyini deyib.