Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirib.
Qeyd olunub ki, Akar, həmçinin digər rəsmi şəxslərlə, o cümlədən britaniyalı həmkarı Ben Uolleslə görüşüb.
Xatırladaq ki, Akar Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak etmək üçün Almaniyada səfərdədir.