Türkiyə İsveçin müdafiə naziri Pal Jonsonun 27 yanvarda bu ölkəyə səfərini ləğv edib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bunu Almaniyadakı ABŞ-ın Ramşteyn aviabazasında Qərb dövlətlərinin müdafiə nazirlikləri rəhbərlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
PKK/YPG terror təşkilatı tərəfdarlarının İsveçdə prezident Ərdoğana və Türkiyəyə qarşı təxribatları və son olaraq İsveç polisinin Türkiyə səfirliyi qarşısında "Quran-ı Kərim"i yandıracaq nümayişə icazə verməsini xəbərini xatırladan Akar bildirib ki, bunlara reaksiya verilməməsi qəbuledilməzdir.
"Türkiyəyə, prezidentimizə qarşı bu çirkin və iyrənc əməllər nəticəsində heç bir tədbir görülməməsinin şahidi olduq. Bu məqamda İsveçin müdafiə naziri Consonun yanvarın 27-də Türkiyəyə səfəri mənasızlaşıb. Ona görə də səfəri ləğv etdik”, - deyə o bildirib.
Akar xatırladıb ki, Türkiyənin yeganə tələbi Madriddə imzalanan memorandumda nəzərdə tutulan öhdəliklərin İsveç və Finlandiya tərəfindən yerinə yetirilməsidir.(AzVision.az)