Rusiya ordusu son sutkada Ukrayna ərazisində daha 600 hərbçisini itirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 120 760 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 12 zirehli döyüş maşını, 9 artilleriya sistemi sıradan çıxarılıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir.