AP-nin Xarici əlaqələr komitəsinin rəhbərinə dəfələrlə bildirmişik ki, komitədə çıxış etməyə hazırıq - SƏFİR

Bu gün Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin iclası keçiriləcək. İclasda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək. Azərbaycan tərəfin iclasa dəvət olunmayıb.


Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov bildirib ki, 2019-cu ildə keçirilmiş son seçkilərdən sonra Avropa Parlamenti xeyli radikallaşıb, populistlərin sayı xeyli artıb.


Azərbaycan diplomatının sözlərinə görə, qatı solçular və sağçılar demək olar Avropa Parlamentinin intellektual və peşəkarlıq səviyyəsini gözəçarpan dərəcədə aşağı salıb.


“Avropa Parlamentinin qəbul etdiyi sənədlər tövsiyə xarakteri daşıdığına görə, Avropa İttifaqının icraedici qurumları onları ciddi qəbul etmir, amma müəyyən dərəcədə də parlamentarilərdən ehtiyat edərək çəkinirlər. Din və irqçilik zəminində ermənilərin burada dostların sayı böyükdür. Azərbaycanın, eləcə də Türkiyənin güclənməsi bunları çox narahat edir. Fransaya gəldikdə, onların sayı və imkanları burada çoxdur. Fransanın son zamanlar bizə qarşı nümayiş etdirdiyi açıq düşmənçilik siyasəti burada açıq şəkildə görünür. Xarici əlaqələr komitəsinin rəhbərinə görüşlərimiz zamanı dəfələrlə bildirmişik ki, komitədə çıxış etməyə hazırıq: tək və ya ermənilərlə birgə. Səməd Seyidov da dekabrda burada görüşdə onlara bu barədə müraciət edib. Cavab vermədilər. Adətən komitə istədiyi adamları iclaslara dəvət edir. Ya özləri ermənini dəvət ediblər, ya da o, özü müraciət edib, bilmirəm - hər iki halda komitənin mövqeyi tənqidə layiqdir, çünki Azərbaycan barədə erməni ilə söhbət aparırlar, amma bizi dəvət etməyiblər. Bununla bağlı Səməd Seyidov komitənin sədri David McAllisterə keçən həftə yazılı müraciət edib, amma cavab yoxdur”, - Vaqif Sadıqov qeyd edib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.