İsrail Fələstin ərazilərindəki hərbi obyektlərə zərbələr endirib.
Senzor.az bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, zərbələr HƏMAS-ın döyüşçülərə təlim keçdiyi nöqtələrə endirilib.
Məlumata görə, qırıcılar və dronlar tərəfindən bu obyektlərin hədəf alınması HƏMAS-ın İsrail ərazilərinə zərbə endirməsinə cavab məqsədi daşıyıb.
Ölən və ya yaralananlarla bağlı məlumat verilməyib.
Xatırladaq ki, bundan əvvəl yanvarın 26-dan 27-nə keçən gecə Qəzza zolağından İsrail ərazisinə iki raket atıldığı barədə məlumat verilmişdi. Bildirilmişdi ki, raketlər ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilərək zərərsizləşdirilib.