Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
Bu barədə Ukrayna XİN-in mətbuat katibi Olek Nikolenko bildirib.
"Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Qurbanın yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik", - o vurğulayıb.