Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı terror hücumu ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

 

Senzor.az Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən bildirir ki, nazir Ceyhun Bayramov bir əməkdaşın şəhid olması və iki əməkdaşın yaralanması ilə nəticələnin terror hücumunu qətiyyətlə pisləyib və şiddətlə qınayıb.

 

“Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”na əsasən, səfirliyin binasının hər cür hücumlardan qorunmasının və səfirlik əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin İran tərəfinin vəzifəsi olduğu qarşı tərəfə bir daha xatırladılıb. Terror aktını törədən şəxsin İranın səlahiyyətli qurumları tərəfindən tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkilində və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qarşı tərəfdən tələb edilib.

 

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian həlak olan şəxsin ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb. O, İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığını, səfirliyimizin və heyətinin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını diqqətə çatdırıb.

 

Həmçinin saxlanılan şəxsə qarşı silah daşımaq və diplomatın qətlə yetirilməsi üzrə cinayət işi açıldığı, onun yüksək cəzaya məruz qalacağı bildirilib. Səfirliyin yerləşdiyi ərazidən məsul olan İranın diplomatik polis qurumunun fəaliyyətinin araşdırıldığı qeyd edilib.

 

İranın xarici işlər naziri bu hadisə nəticəsində iki ölkə arasında münasibətlərin daha da gərginləşməyəcəyinə ümid etdiyini bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.