Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı “Yerablur” hərbi məzarlığını ziyarət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müharibədə ölən erməni hərbçilərin yaxınları Paşinyanı və onu müşayiət edən şəxsləri etirazla qarşılayıblar.
Hərbçi ailələri Paşinyanın satqın olduğunu deyərək, onu təhqir ediblər. Belə ki, narazı vətəndaşlar baş nazirin ünvanına “satqın”, “ermənilərin qatili” kimi fikirlər səsləndiriblər.