"Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük öhdəliklərini yerinə yetirməsini gözləyir".
CNN turk bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Kayseri şöbəsinin qurulmasının 30-cu ildönümündə deyib.
Onun sözlərinə görə, bu ölkələr Türkiyənin tələblərinə əməl etməlidir:
"Onlar indi NATO-ya daxil olmaları ilə bağlı bizdən, parlamentimizdən razılıq gözləyirlər. Bu barədə heç nə deməyəcəyik. Biz onlara deyirik: "Nəyə imza atmısınızsa, onu da yerinə yetirin. Bu qədər sadə".
Xatırladaq ki, ötən ilin iyunda Madriddə imzalanan sazişə görə, Türkiyə İsveç və Finlandiyanın Alyansa üzvlüyünə razılıq verməsi üçün bu dövlətlər terrorçulara dəstəyi dayandırmalıdır, axtarışda olan terrorçuları Ankaraya təhvil verməlidirlər.
O, eyni zamanda söyləyib ki, Azərbaycanlı qardaşlarımızla birgə regional və qlobal sülhə töhfə vermək üçün gecə-gündüz çalışmaqda davam edirik.
"Sərhədlərimizin qorunması və terrorla mübarizənin reallaşması üçün dünyanın 19 fərqli yerində minlərlə əsgərimizlə regional və dünya sülhünə töhfə vermək üçün gecə-gündüz işimizi davam etdiririk. Yeganə hədəfimiz terrorçulardır", - Akar bildirib.
Nazir qeyd edib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək.