İsrail aviasiyası SEPAH-ın yük maşını karvanını bombaladı - YENİLƏNİB + VİDEO

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahında partlayışlar baş verib.

Sm.news bildirir ki, bu barədə jurnalist Qurbakşi Sinq Çahal Twitter-də məlumat yayıb.

“İranın Mahabad şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahında partlayışlar baş verib. Partlayışların səbəbi hazırda məlum deyil”, - o yazıb.

Bununla yanaşı, İsrail Hərbi Hava Qüvvələri SEPAH-ın yük maşını karvanını bombalayıb. Hadisə İraq və Suriya sərhədindəki Əbu Kamal şəhəri yaxınlığında baş verib.

Məlumata görə, 25 yük maşınından ibarət avtomobil karvanına hücum edilib. Versiyalardan birinə görə, yük maşınları silah, o cümlədən kamikadze dronları daşıyıb.

Hadisə yerində güclü yanğın baş verib. Mümkün tələfat barədə hələ ki məlumat yoxdur.

**00:44

İranın sərhədyanı bölgəsində yerləşən Bane şəhərində həyəcan siqnalından sonra partlayış səsləri eşidilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

**00:14

İranda vəziyyət gərgin olaraq qalır.

Bu gecə də ölkənin bəzi bölgələrinə mümkün hava hücumları barədə sosial şəbəkələrdə məlumatlar yayılır.

Belə hadisələrdən biri Qərbi Azərbaycan vilayətinin Mehabad şəhərində baş verib.

Yayılan kadrlarda sənaye və ya hərbi obyektlərdən birində yanğının baş verməsi əks olunub.

Hadisənin təfərrüatları, mümkün dağıntı və tələfat barədə hələ ki məlumat yoxdur.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.