Rusiya silahlı qüvvələri son sutkada Ukrayna ərazisində daha 850 hərbçisini itirib.
"Unian" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri canlı qüvvə sarıdan ümumi itkilərinin sayı 127 500 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 zirehli döyüş maşını, 1 artilleriya sistemi sıradan çıxarılıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.