“NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb. O, Türkiyə ilə həmrəy olduqlarını bildirib: “Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıram”.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.
Full solidarity with our Ally #Türkiye in the aftermath of this terrible earthquake. I am in touch with President @RTErdogan and Foreign Minister @MevlutCavusoglu, and #NATO Allies are mobilizing support now.
— Jens Stoltenberg (@jensstoltenberg) February 6, 2023