Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana başsağlığı verib.
Kremlin mətbuat xidməti xəbər verir ki, Putin güclü zəlzələnin nəticələri ilə bağlı Ərdoğana dərin hüznlə başsağlığı verib.
"Rusiya Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırdır", deyə Kremlin məlumatında qeyd olunub.