Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Kahramanmaraş şəhərindədir.
"Report"un xəbərinə görə, o, axtarış-xilasetmə əməliyyatlarında şəxsən iştirak edir.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.