Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub.
Naxçıvan bürosu xəbər verir ki, o, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb.
Görüşdə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib.
A.Kaya isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Həmçinin Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov və Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli də Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub, A.Kaya ilə görüşərək həlak olanlara başsağlığı veriblər, yaralılara şəfa diləyiblər.("Report")
**12:27
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub.
APA xəbər verir ki, səlahiyyətli nümayəndə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb.
Fuad Nəcəfli konsulluqda zəlzələ qurbanlarının xatirəsinə yaradılmış guşəyə MR ictimaiyyəti adından əklil qoyub.
Fuad Nəcəfli qardaş Türkiyəyə başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.