Türkiyəyə yardım məqsədi ilə qeydiyyatdan keçən Azərbaycan sahibkarlarının sayı 1 milyonu ötüb

Türkiyəyə yardım məqsədi ilə qeydiyyatdan keçən Azərbaycan sahibkarlarının sayı 1 milyondan çoxdur.


Bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Bakı KOB evi"ndə keçirilən Türkiyədə baş vermis zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın dövlət və özəl qurumlarının dəstəyi ilə yaradılmış "Qardaş köməyi" dəstək platformasının təqdimatı mərasimində deyib.


M.Musayev sahibkarları bu işdə fəal iştirak etməyə çağırıb: "Azərbaycan Türkiyəyə yardım məqsədi ilə edilən dəstək təşəbbüsə qoşulan ilk ölkədir. Sahibkarların etdiyi ianələrin məbləği hesablandıqdan sonra dəqiq məlumat veriləcək".


Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 40 910  nəfər yaralanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.