Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya kralı III Çarlzla görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüş Prezident Zelenskinin Londona səfəri çərçivəsində baş tutub.
“Ukraynanın Prezidenti kimi ilk dəfə Britaniya monarxı tərəfindən qəbul olunmaq mənim üçün şərəfdir. Mən, Əlahəzrətə səmimi qəbula və müharibədən Böyük Britaniyaya sığınan Ukrayna vətəndaşlarını dəstəklədiyinə görə minnətdaram”, - deyə Ukrayna lideri vurğulayıb.