Zelenski Londonda və Parisdə keçirdiyi görüşlərdə müəyyən razılaşmaların olduğunu deyib
YENİLƏNİB, FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski Londonda və Parisdə keçirdiyi görüşləri müsbət qiymətləndirib, müəyyən razılaşmaların olduğunu deyib.


Bu barədə Prezident Zelenski Brüseldə Aİ Şurasının və Avropa Komissiyasının prezidentləri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.


Böyük Britaniya səfəri barədə Zelenski: "Bəzi razılaşmalar əldə edildi və bunun detallarını açıqlaya bilməyəcəm, ancaq müsbət nəticələr var", - deyə bildirib.


Zelenski Parisdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şoltsla müzakirələrini də yüksək qiymətləndirib. "Bizim vacib görüşümüz, müzakirələrimiz oldu. Bunu müsbət qiymətləndirirəm. Mən detalları açıqlamaq istəməzdim amma deyə bilərəm ki, biz ölkəmizin müdafiəsi üçün Silahlı Qüvvələrimizin müdafiə bacarıqlarını və imkanlarını daha da inkişaf etdirmək istiqamətində çalışırıq və Parisdəki görüş barədə təəsüratlarım müsbətdir", o deyib.(APA)

**14:56

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa parlamentində çıxış edib.


APA xəbər verir ki, Ukrayna prezidenti Zelenskini Rusiyanın işğalından sonra Brüsselə ilk səfəri çərçivəsində Avropa parlamentində çıxışını parlamentarilər davamlı alqışlarla qarşılayıb. Prezident Zelenskidən əvvəl çıxış edən parlamentin sədri Roberta Metsola: "Ukrayna Avropadır və xalqınızın gələcəyi Avropa İttifaqındadır. Digər ölkələr tərəfdaşlarımız tezliklə, növbəti addım kimi, Ukraynanın azadlığınə qorumaq üçün bu ölkəyə lazım olan uzun mənzilli sistemləri və reaktivləri təmin etməyi nəzərdən keçirməlidir" , - deyə vurğulayıb.

Daha sonra Ukrayna Prezidenti Zelenski çıxış edib. O bildirib ki, Ukraynanın özünü müdafiəsi üçün ordunun uzaqmənzilli raketlərə və hərbi təyyarələrə ehtiyacı var. Zelenski deyib ki, Ukrayna "ksenefobiyanı təşviq edən Rusiyaya qarşı" mübarizə aparır. "Avropanın taleyi heç vaxt siyasətçilərdən asılı olmayıb. Hər birimiz önəmliyik. Hər biriniz bizim ümumi nəticəmizə, ümumi qələbəmizə təsir etmək iqtidarındasınız. Aİ-nin hər bir vətəndaşı bizim ortaq qələbəmizə təsir edə bilər".


Zelenski deyib ki, Ukrayna Avropa ailəsinin bir üzvüdür. "Ukrayna Avropa İttifaqının üzvü olacaq. Biz birlikdə, həmrəy olduğumuz müddətdə Avropa həmişə Avropa olaraq qalacaq. Biz azadlıq, Rusiyanın məhv etməyə çalışdığı Avropa dəyərləri uğrunda mübarizə aparırıq. Bizim gələcəyimiz buradadır, Avropa İttifaqında, bu bizim evimizdir", o qeyd edib.

**13:53

Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa lideri Emmanuel Makron Brüsselə gedib.


Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "Twitter"də paylaşım edib.


"Evinizə, Avropa İttifaqına xoş gəlmisiniz, Prezident Zelenski", - Şarl Mişel qeyd edib.


**01:24

Ukrayna Prezidenti Volodimir Zelenski Londondan Parisə yola düşüb və orada fransalı həmkarı Emmanuel Makron və Almaniya Kansleri Olaf Şultsla görüşəcək.

 

Senzor.az bildirir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

 

Qeyd edək ki, fevralın 8-də Zelenski Londona səfər edib. Bu, Zelenskinin Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri ikinci xaricə səfəridir. Onu hava limanında Baş nazir Rişi Sunak qarşılayıb.

 

Ukrayna Prezidentinin sözlərinə görə, Böyük Britaniyanın Baş naziri ilə danışıqların əsas mövzusu müdafiə sahəsində əməkdaşlıq olub. Ukrayna lideri vurğulayıb ki, ölkəsi üçün lazım olan silahları müttəfiqlərindən alması vacibdir.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.