Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalına gedib.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, nazir hospitalda yaradılmış şəraitlə tanış olub.
FHN-in Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti, tibb xidməti kapitanı Qurban Eyvazov Süleyman Soyluya şəraitlə bağlı məlumat verib.
Süleyman Soylu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin tibb personalına təşəkkür edib.