Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin xarici işlər naziri Eli Koheni qəbul edib.
Görüş İsrail xarici işlər nazirinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.
Xarici işlər naziri Eli Kohen Türkiyə Prezidenti Ərdoğanla görüşdə İsrail vətəndaşları və Qəzzada HƏMAS-ın əlində olan əsgər meyitləri, İranın nüvə proqramı ilə mübarizə məsələsini gündəmə gətirib.
**16:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail xarici işlər naziri Eli Koheni qəbul edib.
APA xəbər verir ki, görüş İsrail xarici işlər nazirinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.
Qeyd edək ki, Kohen türkiyəli həmkarı Çavuşoğlu ilə də görüşüb.
**12:45
Bu qədər böyük bir itkinin qarşısında beynəlxalq ictimaiyyət, xüsusilə də İsrail bir dost ölkə olaraq Türkiyəyə ehtiyac olan bütün dəstəyi vermək bizim üçün son dərəcə vacibdir.
Bunu Ankarada səfərdə olan İsrailin xarici işlər naziri Eli Kohen türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
"Humanitar yardımın heç bir sərhədi yoxdur. Türkiyə ilə həmrəy olacağımıza, əlimizdən gələn hər növ yardımı verəcəyimizə sizi bir daha əmin etmək istəyirəm. Sadəcə indi deyil, gələcəkdə də yardımı edəcəyimiz bir daha bildirmək istəyirəm. Anladığım qədərlə qarşımızda problemlər həqiqətən böyükdür", - İsrail XİN başçısı deyib.
Nazir qeyd edib ki, zəlzələnin ilk saatlarında İsrail XİN iclas keçirərək Türkiyəyə yardımın göndərilməsini koordinasiya edib: “Biz zəlzələdən 12 saat sonra 450-dən çox xilasedici göndərdik, tibbi heyət gəldi, dərmanlar göndərildi. Səhra xəstəxanası qurduq. Bu fəlakətə birgə cavab verəcəyik”.
Nazir Kohen Türkiyənin 2012-ci ildə İsraildə yanğınlar zamanı bu ölkəyə dəstək verdiyini xatırladıb: "Siz o zaman bizə təyyarələrinizi göndərdiniz, yanımızda oldunuz.
Biz münasibətlərimizi gücləndirməyə, müxtəlif sahələrdə daha da inkişaf etdirməyə davam edəcəyik.
Bu zəlzələdən zərər görənlərə yardıma davam edəcəyik”.(APA)
**12:21
İsrail-Fələstin münaqişəsində iki dövlətli həll prinsipinə xələl gətirəcək addımlardan çəkinmək lazımdır.
Bu barədə Mövlud Çavuşoğlu Ankarada İsrail XİN rəhbəri ilə birgə mətbuat konfransında deyib.
Nazir Əl-Aqsa məscidinin statusunun qorunmasının vacibliyini bildirib.
Çavuşoğlunun sözlərinə görə, hər iki ölkənin səfirləri əlaqələrin inkişafı üçün səy göstərirlər və bunun üçün siyasi iradə mövcuddur.
**10:43
İsrailin xarici işlər naziri Eli Koen Türkiyəyə səfər edib.
Senzor.az bildirir ki, bu barədə o, “Tvitter” səhifəsində bildirib.
XİN başçısı qeyd edib ki, türk xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Türkiyəyə gəlib: “Mən burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyəm və Türkiyənin başına gələn ağır fəlakətə görə İsrail xalqının başsağlığını çatdıracam”.
O əlavə edib ki, İsrail bu çətin zamanda Türkiyənin yanındadır və bundan sonra da humanitar yardım göstərməyə davam edəcək.