NATO Baş katibi Yens Stoltenberq Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan şəxslərlə bağlı açılmış matəm kitabını imzalayıb.
Bu barədə NATO Baş katibini sözçüsü Oana Lunçesku "Twitter"də bildirib.
"Baş katib Stoltenberq Türkiyənin NATO-dakı səfirliyində açılmış matəm kitabını imzaladı. NATO müttəfiqimiz Türkiyə ilə güclü həmrəylik içərisindədir və dağıdıcı zəlzələlərdən sonra düşüncələrimiz türk xalqının yanındadır", - qeyd olunub.