İsrailin Ukraynadakı səfirliyi fəaliyyətini tam bərpa edib.
Bu barədə Kiyevə səfər edən İsrailin xarici işlər naziri Eli Kohen bildirib.
Ukraynadakı səfirliyin üzərində yenidən İsrail bayrağı dalğalanır.
“Müharibə başlayandan bəri ilk dəfə bu gün mən səfir Maykl Brodski ilə birlikdə Kiyevdəki İsrail səfirliyini tam və davamlı fəaliyyəti üçün yenidən açdım. Ukrayna İsrailin dostudur və səfirliyin və burada çətin şəraitdə çalışan işçilərin davamlı fəaliyyəti ölkələr arasında əlaqələri gücləndirəcək", - Kohen bildirib.
**11:27
İsrail xarici işlər naziri Eli Kohen Ukraynanın paytaxtı Kiyev şəhərinə gedib.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Səfər çərçivəsində o, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək və ölkənin bir sıra şəhərlərinə gedəcək.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynada ötən ildən başlayan döyüş əməliyyatlarından sonra bu İsrail XİN rəhbərinin Ukraynaya ilk səfəridir.