Zelenski İsrail XİN başçısı ilə İranı müzakirə etdi

Fevralın 16-də Kiyevə səfər edən İsrailin xarici işlər naziri Eli Koen və Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin rəsmi Kiyevə yardım həcminin artırılması, eləcə də İran məsələlərini müzakirə ediblər.

 

Senzor.az bildirir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

“Mən Ukrayna Prezidenti Zelenski ilə vacib və müsbət görüşü yenicə başa vurdum. Söhbətimizdə İsrailin birmənalı olaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğuladım", - israilli nazir bildirib.

 

Qeyd olunub ki, tərəflər “İranın Ukraynadakı terror fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən ən sərt pisləməyə layiq olduğu və praktiki addımlar tələb etdiyi məsələsində razılığa gəliblər”.

 

Bundan əlavə, yəhudi dövlətinin Kiyevə göstərdiyi humanitar yardımın həcminin artırılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İsrail XİN başçısı Ukrayna Prezidentinə ölkəsinin yardımı genişləndirəcəyini vəd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.