UEFA Konfrans Liqası: “Qarabağ” pley-off mərhələsinin ilk oyununda qalib gəldi - FOTO

“Qarabağ” komandası bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununu keçirib.

 

Senzor.az bildirir ki, Azərbaycan təmsilçisi Bakıda Belçikanın “Gent” komandasını qəbul edib.

 

Qarşılaşmadan əvvəl futbolçular meydana “Yanınızdayız” pankartı ilə çıxıblar. Eləcə də Türkiyədə və Suriyada baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tofiq Bəhramov adına Respublika stadionunda qarşılıqlı hücumlar şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb.

 

"Qarabağ" ikinci hissənin 52-ci dəqiqəsində penalti vurmaq imkanı əldə etsə də, Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. 

Ağdam təmsilçisi Leandro Andrade matçın 78-ci dəqiqəsində hesabı açıb - 1:0. Oyunda başqa qol olmayıb və “Qarabağ” pley-off mərhələsinin ilk oyunundan qələbə ilə ayrılıb.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində olacaq.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.