Türkiyənin milli müdafiə naziri Hulusi Akar və NATO-nun Baş katibi Yens Stoltenberq Hatayda zəlzələ olan ərazini havadan izləyiblər.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hulisi Akar Baş katib Stoltenberqə 10 əyalətdə baş verən zəlzələ və ondan sonrakı işlər barədə məlumat verib.
Bu arada ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələdə ölənlərlə bağlı yeni açıqlama verib. Məlum olub ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 38 044 nəfərə çatıb.
Senzor.az