İraqın Baş naziri Mustafa əl-Kazimı İŞİD terror qruplaşmasının əsas fiqurlarından birinin ələ keçirildiyini bildirib.
İraq hökumətinin rəhbəri bu barədə “Tvitter”də yazıb.
Onun sözlərinə görə, öldürülən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin müavini Sami Casim ölkənin təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində tutulub.
Məlumata görə, Casim təşkilatın maliyyələşdirilməsinə məsuldur.
Azvision.az xatırladır ki, Bağdadi ABŞ hərbçilərinin 2019-cu ilin oktyabrında Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb. ABŞ Dövlət Departamenti o vaxt Casim də daxil olmaqla İŞİD liderlərinin yeri barədə məlumat verənlərə mükafat vəd etmişdi.