Ermənistan parlamentində yenə gərginlik yaşandı – BU DƏFƏ DƏ SPİKER VƏ MÜXALİFƏTÇİ DEPUTAT ARASINDA
VİDEO

[media=https://www.youtube.com/watch?v=h4yTwjQNRCY]

Ermənistan parlamentinin iclası insidentlə başlayıb - spiker Ruben Rubinyan "Güclü Ermənistan"ın deputatı Edqar Kazaryanın mikrofonunu söndürüb və təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırıb.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

 

E.Kazaryan parlament sədrinin deputatlara münasibətini tənqid edib. Buna cavab olaraq R.Rubinyan çıxışın iclasın gündəliyinə aid olmadığını bildirib və nitqi dayandırmağı tələb edib. E.Kazaryan çıxışını davam etdirdikdən sonra parlamentin spikeri təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırıb ki, deputatdan yerinə qayıtmasını tələb etsinlər. (Bax: https://www.youtube.com/watch?v=hYfoSn4bXYA)


Xatırladaq ki, Ermənistan parlamentində bu ayın əvvəlində də gərginlik yaşanmışdı. Maraqlıdır ki, onda da parlamentin spikeri Ruben Rubinyan onu dövlət vəsaitlərini israf etməkdə ittiham edən həmin bu müxalif "Güclü Ermənistan" fraksiyasının üzvü Edqar Kazaryanın çıxışını kəsmiş, gündəlikdən kənara çıxdığını bildirərək, sözünü bitirməyə imkan verməmişdi. Bundan sonra "Mülki müqavilə"nin deputatı Vahe Qalumyan yerindən qalxaraq münasibətləri aydınlaşdırmaq istəmişdi. O, "Güclü Ermənistan"ın başqa deputatı Vahinak Vartanovu bir neçə dəfə itələmiş, bundan sonra dava düşmüşdü.

 

R.Rubinyan o vaxt fasilə elan etmiş, işə təhlükəsizlik əməkdaşları qarışmalı olmuşdular. Amma deputatlar bundan sonra da sakitləşməmiş, münasibətləri dəhlizdə aydınlaşdırmağa davam etmişdilər...


Həmin davanın videosunu da təqdim edirik: (https://www.youtube.com/watch?v=h4yTwjQNRCY)








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.