Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi
MUHAMMED EMİN YILDIRIM İSTANBULDA SAXLANILIB

Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi "Köklü Değişim" jurnalının və media qrupunun İstanbul təmsilçisi Muhammed Emin Yıldırım saxlanılıb.

 

Senzor.az bildirir ki, Türkiyə mediası Məhəmməd Emin Yıldırımın sosial şəbəkədəki paylaşımlarına görə İstanbul polisi tərəfindən saxlanıldığını yazıb. Lakin hüquq-mühafizə orqanları onun nə üçün saxlanıldığını açıqlamayıblar.

 

Xatırladaq ki, Azərbaycan oktyabrın 21-də Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq bu addım atılıb. Muhammed Emin Yıldırımın da adı həmin şəxslərin siyahısındadır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.