Rusiya ordusu son sutkada Ukrayna ərazisində daha 590 hərbçisini itirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 142 860 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 7 tank, 12 zirehli döyüş maşını, 1 artilleriya sistemi sıradan çıxarılıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.