Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ayk Aramoviç Petrosyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 19-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verib.
Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Müdafiə Nazirliyi əsgərin ailəsinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, yanvarın 30-da Ermənistanın Müdafiə Nazirliyinin digər hərbi hissəsinin əsgəri də güllə yarası alıb.