Ermənistanda internat məktəbində qəddarlıq KÜTLƏVİ ETİRAZLARA SƏBƏB OLDU

Ermənistanın Basarkeçər rayonunun sakinləri Nevroloji İnternat Məktəbində şagirdlərə qarşı aşkarlanmış qəddar rəftara etiraz əlaməti olaraq polis bölməsi, sonra isə məhkəmə binası qarşısında etiraz aksiyası keçiriblər.

 

Ermənistan mətbuatı xəbər verir ki, internat məktəbi müəllimlərinin vəkili Stepan Davtyan məktəbin 3 əməkdaşının gecə saatlarında evə buraxıldığını, dünən məhkəmənin direktorun və psixiatrın həbsi ilə bağlı vəsatətə baxdığını bildirib.

 

"Bir neçə saatdır ki, 250-yə yaxın vətəndaş etiraz aksiyası keçirir. Biz məhkəmənin qərarına qədər burada qalacağıq", - o deyib.

 

“Nazirlik işin hallarının tam açıqlanması istiqamətində hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək”, - ölkənin Əmək və Sosial Məsələlər Nazirliyindən bildirilib.

 

“Report” xatırladır ki, ötən gün internat məktəbinin direktoru, psixiatrı, növbətçi santexnik və şöbələrdən birində növbətçi tibb bacısı bir sıra qanun pozuntularına görə saxlanılıb.

 

İnternat məktəbinə baxış zamanı şagirdlərin birinin çarpayısının radiatorların qarşısında döşəməyə atıldığı və xəstənin qarnına parça kəmər bağlandığı müəyyən edilib. Bundan başqa, məktəblilərdən birinin arxası üstə uzanmış vəziyyətdə, əl-ayağının çarpayının dörd küncünə parça ilə bağlanması aşkarlanıb.

 

Araşdırmalar zamanı ilkin məlumatlar əldə edilib ki, şagirdlərə qarşı zorakı hərəkətlər psixiatrın göstərişi ilə həyata keçirilib və direktorun da bundan xəbəri olub.

 

İnternat məktəninin direktoru, psixiatr, şöbələrdən birinin növbətçisi və növbətçi tibb bacısı həbs edilib.

 

Aşkarlanan faktlarla bağlı Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başlanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.