Əfqanıstan-Pakistan sərhədinin Torkham keçid məntəqəsi yaxınlığında silahlı toqquşmalar başlayıb.
“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e Subh” qəzeti yazıb.
Bildirilib ki, səhər saatlarından başlayan toqquşma indiyədək davam edir.
Hadisənin səbəbi hələlik məlum deyil.
Pakistanın “Dawn” qəzeti gərginliyə görə qarşı tərəfi ittiham edir.
İtkilər barədə hələlik məlumat verilmir.