Vardanyanın yerinə o gətirilir - PAŞİNYAN RAZILIQ VERDİ

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyanın "vəzifədən" uzaqlaşdırılacağı gözlənilir.

 

Bu barədə Ermənistanın "Past" qəzetində dərc olunan məqalədə bildirilir.

 

Nəşr yazır ki, Vardanyanın yerinə gətiriləcək Qurgen Nersisyan dünən Ermənistanın baş naziri Nikol Paşinyanın yanına gedib və yeni "vəzifə" üçün onun "xeyir-duasını" alıb. Nersisyanla birlikdə separatçıların rəhbəri Arayik Harutyunyanın da Paşinyanla görüşdüyü deyilir.

 

Ermənistanın "Hraparak" qəzeti isə yazır ki, Vardanyan "vəzifədən" azad edilsə də, Xankəndidə qalmağa davam edəcək.

 

Bundan əvvəl "Past" nəşri bildirmişdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların "dövlət naziri" Ruben Vardanyanın "yoldan çəkiləcəyinə" söz verib. İddiaya görə, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi erməni milyarder Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib.

 

Modern.az xatırladır ki, rəsmi Bakı Azərbaycanın öz vətəndaşları hesab etdiyi Qarabağın erməni icması ilə münasibətlər qurmağa hazır olduğunu və onlara bütün Azərbaycan vətəndaşlarının malik olduğu qədər hüquq və təhlükəsizlik təminatı veriləcəyini elan edib, lakin bunun üçün Moskvadan göndərilən Ruben Vardanyanın Qarabağı tərk etməsi tələb olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.